Juninyo üçün Firminyo təhlükəsi

“Flamenqo”nun ilin əvvəlində 5 milyon avroya “Qarabağ”dan transfer etdiyi Juninyo Olavionun komandada işi çətinləşir.

Newsport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası klubu yeni mərkəz hücumçusu ilə güclənməyə hazırlaşır.

Juninyonun performansı məşqçilər korpusunun ürəyincə olmadığından, rəhbərlik “Əl-Əhli”də çıxış edən Roberto Firmino ilə danışıqlara başlayıb. Firmino özü də yaşının çoxluğu ilə əlaqədar Səudiyyə Ərəbistanından ayrılmaq və karyerasının son illərini vətəni Braziliyada keçirmək arzusundadır.

Yeganə problem 33 yaşlı forvardın məvacibidir. Çünki onun “Əl-Əhli”dəki aylıq məvacibi 2 milyon avroya yaxındır. Firmino maaşında endirim etməyə razılıq versə, yayda “Flamenqo”nun formasını geyinə biləcək. Bu isə Juninyonun komandadakı gələcəyini sual altına sala bilər.

Qeyd edək ki, Roberto Firminonun “Əl-Əhli” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right