Ukraynanın kubokunda final matçı keçirilib.
Newsport.az xəbər verir ki, həlledici görüşdə "Şaxtyor"la "Dinamo" Kiyev qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Andrey Yarmolenko 43-cü dəqiqədə Kiyev klubunu hesabda önə çıxarıb. "Şaxtyor" isə buna cavabı 64-cü dəqiqədə Kuan Elyasla verib.
Penaltilər seriyasında isə 6:5 hesabı ilə qalib gələn "Şaxtyor" kubokun sahibi olub
Bununla da, Donetsk təmsilçisi 15-ci dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.