Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

"Bolonya" klubu İtaliya Kubokunun qalibi olub.

Newsport.az xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən həlledici görüşdə bolonyalılar "Milan"ı minimal hesabla məğlub ediblər - 1:0.

Yeganə qolun müəllifi 53-cü dəqiqədə Dan Ndoye olub.

"Bolonya" tarixində üçüncü dəfə İtaliya Kubokunu qazanıb. Komanda daha əvvəl 1969/1970 və 1973/1974 mövsümlərində bunu bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right