"Qalatasaray" rəhbərliyi çempionluq üçün bu qədər mükafat verəcək

"Qalatasaray" bu həftə iki kubok qazana bilər.

Newsport.az xəbər verir ki, "sarı-qırmızıla" bu gün ilk titul üçün meydana çıxacaq. İstanbul təmsilçisi Türkiyə Kubokunun final matçında "Trabzonspor"la üz-üzə gələcək.

"Qalatasaray" 4 gün sonra isə növbəti kuboku qazanmağa yaxındır. Okan Burukun komandası Super Liqanın 36-cı turu çərçivəsində doğma meydanda "Kayserispor"u qəbul edəcək. "Aslanlar"a çempionluq üçün 1 xal kifayət edir.

Klub rəhbərliyi komandanın uğurlu performansına biganə yanaşmır. Qalatasaray" hər iki turnirdə qalib olsa, komandaya ümumilikdə 10 milyon dollar mükafat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right