Ulduz futbolçu "Fənərbaxça"ya təklif olundu

İcarə əsasında "Arsenal"da çıxış edən Rahim Sterlinq karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az "Takvim" nəşrinə istinadən xəbər verir ki, müqavilə ilə "Çelsi"yə məxsus olan ingiltərəli vingerin "Fənərbaxça"ya keçək ehtimalı var. Meneceri futbolçunu İstanbul klubuna təklif edib.

"Fənərbaxça" bu təklifə isti yanaşır. Super Liqa nəhəngi şərtlər uyğun olsa, 30 yaşlı oyunçunu transfer etməyə çalışacaq.

Qeyd edək ki, "Arsenal" Rahim Sterlinqi mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin sabiq üzvü "topçular"ın heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right