"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Bayer"in yarımmüdafiəçisi Florian Virtslə gizli danışıqlar aparıb.
Newsport.az xəbər verir ki, bu haqda İngiltərənin "The Sun" nəşri məlumat yayıb. Danışıqlar dünən olub. Məlumata görə, 22 yaşlı futbolçu atası və anası ilə birgə İngiltərəyə yola düşüb. Qvardiola ilə görüşdən sonra isə onlar Almaniyaya qayıdıblar.
Bildirilir ki, mançesterlilər Virtsin transferində "Bavariya"nı qabaqlamaq istəyirlər. Bu məqsədlə onun üçün İngiltərə Premyer Liqasının rekord sayılan transfer məbləği də təklif olunur: 126 milyon funt sterlinq. İindiki rekord 115 milyon funtla 2023-cü ildə "Brayton"dan "Çelsi"yə keçən Moyses Kaysedoya məxsusdur.
Qvardiolanın Virtsi özünün birnömrəli futbolçu və yayda komandanı tərk edəcək Kevin De Brüynenin əvəzləyicisi qismində gördüyü də bildirilir.