“Şaxtyor” “Napoli”nin təklifini geri çevirdi

“Şaxtyor” Georgi Sudakovu satmaqdan imtina edib. Donetsk klubu millimizin seçmə mərhələdə rəqiblərindən olan Ukrayna yığmasının üzvü üçün təklif edilən məbləğlə qane olmayıb.

Newsport.az xəbər verir ki, İngiltərə klublarının da diqqətində olan 22 yaşlı yarımmüdafiəçi üçün “Napoli” ilk addımı atıb. Amma “Şaxtyor” rəhbərliyi 35 milyon avronu yetərli saymayıb. Klub 3 illik müqaviləsi qalan yetirməsi üçün daha böyük məbləğ tələb edir.

İtaliya A Seriyasının lideri qarşıdakı günlərdə yeni təklif göndərməyə hazırlaşır. Sudakov özü isə daha çox maaş təklif edən ingils klublarından biri ilə anlaşmağa can atır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right