İlk finalçı məlum oldu

MBA-da bu gecə keçirilən oyunlardan sonra bir finalçı məlum olub.

Şərq konfransını lider kimi tamamlayan “Klivlend Kavalers” seriyanın 5-ci oyununda “İndiana Peysers”ə məğlub olaraq mübarizəni dayandırıb. Klivlenddəki oyun meydan sahibləri üçün yaxşı başlasa da, qonaqlar 3-cü periodda dönüş yaratmağı bacarıblar – 114:105.

Oyunda Mitçel 35 xal toplayıb. Qonaq komandada isə Halibörton 31 xalla oynayıb. Beləliklə də İndiana təmsilçisi 4:1 hesabı ilə qalib gələrək konfrans finalına yüksəlib.

Qərbdə keçirilən seriyada hesab 3:2 olub. “Oklahoma Siti” evdə qalib gələrək önə keçib – 112:105. Hətta Nikola Yokiçin 44 xal və 15 ribaundu da “Denver Naggets”ə yardım etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right