“Yuventus”un müdafiəçisi Pyer Kalulu cəzalandırılıb.
Newsport.az xəbər verir ki, o, İtaliya A Seriyasının 36-cı turunda “Latsio” ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə aldığına görə iki oyunluq diskvalifikasiya edilib.
Fransalı futbolçu görüşün 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə birbaşa “qırmızı” alıb.
Beləliklə, “Yuventus” mövsümün sonuna qədər Kalulusuz qalacaq. Müdafiəçinin cəzası A Seriyasının 37-ci turunda “Udineze”yə və sonuncu — 38-ci turda “Venesiya”ya qarşı matçlara şamil olunacaq.
Xatırladaq ki, müqavilə ilə “Milan”a məxsus olan Kalulu Turin klubunda icarə əsasında çıxış edir.