Messinin sevimli qolu sənət əsərinə çevriləcək

Argentinalı hücumçu Lionel Messinin bir qolu "A Goal in Life" layihəsi ilə sənət əsərinə çevriləcək.

Newsport.az xəbər verir ki, bu barədə forvard özü danışıb.

Layihəyə əsasən, Messi vurduğu qollardan birini seçəcək. Həmin qol türk dizayner Rafik Anadol tərəfindən əsərə çevriləcək. Bu əsər isə "Christie`s" hərrac evində satışa çıxarılacaq. 

Messinin seçdiyi qol mayın 22-də "İnter Mayami"nin sosial şəbəkə hesablarında da paylaşılacaq. Əsər üçün toplanan pul Latın Amerikasındakı və Karib hövzəsindəki 5 ölkədə yaşayan uşaqlara ayrılacaq. 

Messi açıqlamasına sevimli qolunu seçməkdə çətinlik çəkəcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right