Türkiyə kubokunun qalibi müəyyənləşir

Bu gün Türkiyə kubokunda final oyunu keçiriləcək.

Newsport.az xəbər verir ki, həlledici matçda "Qalatasaray" "Trabzonspor"la üz-üzə gələcək. Qaziantep stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı Cihan Aydın idarə edəcək.

Sözügedən komandalar cari mövsümdə artıq 2 dəfə qarşılaşıblar. Superliqanın hər iki görüşündə İstanbul klubu Trabzon təmsilçisini üstələməyi bacarıb - 4:3, 2:0. 

Qeyd edək ki, Türkiyə kubokunun ötən mövsümdəki qalibi "Beşiktaş" olub.

Türkiyə kuboku, final

14 may

21:45. "Trabzonspor" - "Qalatasaray"

Baş hakim: Cihan Aydın

Qaziantep stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right