"Yuventus" qarşıdan gələn yay transfer pəncərəsində baş məşqçi dəyişikliyi etməyi plnlaşdırır.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
"Napoli"nin baş məşqçisi Antonio Konte hazırda Turin təmsilçisinin əsas hədəfinə çevrilib. Klub indiki çalışdırıcısı, xorvatiyalı mütəxəssis İqor Tudorla müqaviləni uzatmayacaq. Onun Turin klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Daha əvvəl mətbuatda Kontenin özünün "Napoli"nin transfer siyasətindən narazı olduğu və klubdan getməyə meylli olduğu barədə məlumatlar yayılmışdı.