Ançelottinin köməkçilərindən biri məlumdur

Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelottinin köməkçilərindən biri artıq məlumdur.

Newsport.az AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis uzun illərdir köməkçisi olan oğlu Davide Ançelotti ilə çalışacaq.

Hazırda “Real”da atasının köməkçisi kimi çalışan Davide Ançelotti komandanın məşq prosesi və taktiki hazırlığında əsas fiqurlardan biridir.

Qeyd edək ki, Ançelotti yeni işinə mayın 26-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right