15 mindən çox argentinalı azarkeş dünya çempionatına buraxılmayacaq

Argentinadan olan 15 mindən çox azarkeş klublararası dünya çempionatının oyunlarına buraxılmayacaq.

Newsport.az xəbər verir ki, Argentinanın Milli Təhlükəsizlik naziri Patrisiya Bullriç ABŞ-ın Buenos-Ayresdəki səfirliyinə zorakılığa meylli azarkeşlərin siyahısını təqdim edib.

Siyahı azarkeşləri izləməyə və potensial təhlükələri müəyyən etməyə imkan verən Tribuna Segura proqramından istifadə etməklə hazırlanıb.

Reyestrdə stadionlara giriş qadağan olunacaq 15 mindən çox insan var. Hazırkı hökumət işə başlayandan bəri Tribuna Sequra 1328 matçda 4 milyondan çox insanı izləyib. Biz həbs qərarı olan 1166 nəfəri müəyyən edilib və stadionlara girişi məhdudlaşdıran 40-dan çox inzibati sərəncam verilib.

Argentina klublararası dünya çempionatında iki komanda ilə təmsil olunacaq: “Boka Xuniors” və “River Pleyt” . 32 komandanın iştirak etdiyi turnir iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right