"Bayer"in müdafiəçisi Ceremi Frimponq "Liverpul"a keçməyə yaxındır.
Newsport.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu niderlandlı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Transferin 40 milyon avroya tamamlanacağı bildirilir.
"Liverpul" 24 yaşlı sağ cinah müdafiəçisi üçün Almaniya klubuna 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer"in heyətində keçirdiyi 48 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib.