"Barselona" Rafinyanı uzun müddət komandada saxlamaq istəyir.
Newsport.az "Mundo Deportivo"ya istinadə xəbər verir ki, La Liqa nəhəngi braziliyaı vingerin müqaviləsini uzatmağı planlaşdırır.
Artıq futbolçu ilə danışıqlar başlayıb və razılıq əldə olunacağı bildirilir. 28 yaşlı oyunçunun 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsinin müddəti daha 2 il uzadılacaq.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 54 oyunda 34 qol vurub, 25 qol ötürməsi edib.