Rodriqo satılır, Endrik yox

“Real” hücum xəttində dəyişiklik etməyə hazırlaşır. Yeni baş məşqçi Xabi Alonso təyinatı rəsmiləşmədən klub rəhbərliyinə heyətdə görmək istədiyi futbolçularla bağlı siyahı verib.

Newsport.az xəbər verir ki, yeni gələcək oyunçularla bağlı müzakirələr mövsüm bitdikdən sonra başlayacaq. Amma onların gəlişi üçün heyətdə müəyyən ixtisarlar labüddür. Lukas Vaskes, Dani Sebalyos və Luka Modriçin vida edəcəyi demək olar dəqiqləşib.

Komandadan gedişi gözlənilən digər oyunçu Rodriqodur. Br neçə müştərisi olan braziliyalı İspaniya nəhəngindən ayrılmaq istəmir, amma klub rəhbərliyi onun üçün yaxşı təkliflər alıb və satmaq niyyətindədir. 2019-cu ildə “Santos”dan 45 milyon avroya alınan 24 yaşlı hücumçu üçün “Mançester Siti” 100 milyon təklif edir və bu, “Real”ı qane edir.

2028-ci ilədək müqaviləsi olan Rodriqo artıq klubda istənmədiyini anlayıb. Bu səbəbdən mövsüm bitən kimi o da yeni variantları nəzərdən keçirəcək.

Durumundan narazı olan digər oyunçu Endrikdir. Lakin “Real” rəhbərliyi 5 illik müqaviləsi qalan 18 yaşlı forvardı hətta icarəyə verməyin də əleyhinədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right