"Nyukasl"ın müdafiəçisi karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər

İngiltərənin "Nyukasl" klubunun 22 yaşlı müdafiəçisi Tino Livramento karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirə bilər.

Newsport.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçunun transferində “Mançester Siti” maraqlıdır.

Livramentonun "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, 2023-cü ildən İngiltərə klubunda çıxış edən arxa xətt oyunçusu bu mövsüm meydana çıxdığı 43 oyunda bir məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 35 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right