Futbol üzrə Albaniya çempionatında 2024/2025 mövsümünə yekun vurulub.
Newsport.az xəbər verir ki, pley-offun həlledidi matçında son çempion "Eqnatiya" ilə "Vlajniya" üz-üzə gəlib. Qarşılaşma birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Eqnatiya"da çıxış edən Azərbaycan millisinin üzvü Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
"Eqnatiya" tarixi ərzində ikinci dəfə Albaniya çempionu olub.