Argentina millisinin sabiq müdafiəçisi bu komandadan qovuldu

Argentina millisinin sabiq üzvü Martin Demişelis “Monterrey”in baş məşqçisi vəzifəsindən qovulub.

Newsport.az xəbər verir ki, Meksika klubu argentinalı ilə yola davam etmək istəməyib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Yeni məşqçinin adı yaxın günlərdə açıqlanacaq. 

Demişelis 2024-cü ilin avqustundan “Monterrey”i çalışdırırdı. Bu mövsüm komanda Meksikanın müntəzəm çempionatında 7-ci yeri tutub və 1/4 final mərhələsində pley-offdan kənar qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right