Fransa Peşəkar Futbolçular Milli İttifaqı (UNFP) 2024/2025 mövsümü üçün Liqa 1-in rəmzi komandasını təqdim edib.
Newsport.az xəbər verir ki, heyətdəki 11 futbolçudan 9-u PSJ-yə məxsusdur. Digər 2 oyunçu isə “Lion” və “Lill”ə aiddir.
Liqa 1 2024/2025 mövsümünün rəmzi komandası:
Qapıçı: Lukas Şevalye ("Lill").
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos, Uilliam Paço, Nuno Mendes (hamısı PSJ).
Yarımmüdafiəçilər: Joao Neves, Vitinya (hər ikisi PSJ), Rayan Çerki ("Lion").
Hücumçular: Usman Dembele, Bredli Barkola, Desire Due (hamısı PSJ).