Yamal: "Real"dan qoxmuruq

"Barselona"nın yarımmüdafiəçisi Lamine Yamal La Liqanın 35-ci turunda "Real" üzərində qazandıqları qələbədən danışıb.

Newsport.az xəbər verir ki, o deyib:

"Keçən mövsüm "Real"a uduzduğumuz üçün çox məyus olmuşduq. Onda onlara qalib gələ bilmirdik. Bu, əsl mübarizə idi. Amma indi vəziyyəti dəyişmək üçün hər şeyi etdik. Ola bilsin ki, digər komandalar “Real”dan qorxur, biz isə yox. Biz hər zaman ən yaxşı olduğumuza inamanaraq meydana çıxırıq. Məhz buna görə də qalib gəldik".

Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində 82 xalla liderdir. "Real" isə 75 xalla 2-ci pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right