"Real" Vinisiusla bağlı qərar verdi

Vinisius Junior “Real”dan ayrılmayacaq.

Newsport.az “ESPN”ə istinadən xəbər verir ki, braziliyalı Madrid təmsilçisi ilə müqavilə müddətini artırmağa yaxındır.

Yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.

Braziliyalı futbolçu vergiləri nəzərə almasaq, hər mövsüm üçün 20 milyon avro alacaq. Vinisiusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

24 yaşlı futbolçu 2018-ci ildən "kral klubu"nun üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right