"Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az "Sky Sports" televiziyasına istinadən xəbər verir ki, "Mançester Siti" alman yarımmüdafiəçini transfer etməyə yaxındır.
İngiltərə klubu keçidlə bağlı şifahi razılıq əldə edib. 22 yaşlı hücumameyilli oyunçu ilə "Bavariya" da yaxından maraqlanır.
Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində keçirdiyi 44 oyunda 16 qol vurub, 15 qol ötürməsi edib.