"Qalatasaray" futbolçusu üçün 40 milyon avro tələb edir

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz İngiltərə klublarının transfer siyahısında yer alıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

"Nottingem Forest" və "Vest Hem" türk vingeri transfer etmək istəyir. "Qalatasaray" 24 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir. Hər iki klub İstanbul təmsilçisinə təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 46 oyunda 12 qol vurub, 4 qol ötürməsi edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right