"Sabah"ın baş məşqçisi ÇSKA-nın dəvətini qəbul etdi Rusiyaya yollanacaq

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Rusiyanın ÇSKA klubu tərəfdən gələn təklifə müsbət cavab verib.

Newsport.az xəbər verir ki, o, ÇSKA veteranları ilə 2004/2005 UEFA Kubokunun qalibi olduqları mövsümündə məğlub etdikləri klubların futbolçularından ibarət kollektiv arasındakı yoldaşlıq görüşündə iştirak edəcək.

Həmin görüş mayın 18-də baş tutacaq.

“Sabah” isə Misli Premyer Liqasının 35-ci turunda “Zirə” ilə üz-üzə gələcək. Berezutski həmin matçdan sonra Moskvaya yollanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right