UEFA Konfrans Liqasının 2025-26 mövsümünün ilk püşkatmalarına qatılacaq 50 komanda bilinir.
Newsport.az xəbər verir ki, həmin klublar həm də Azərbaycanı bu turnirdə təmsil edəcək iki komandanın potensial rəqibləridir.
I təsnifat mərhələsində 52 komanda 26 cüt təşkil edəcək. Onlardan 35-nin adı artıq dəqiqdir.
26 cütün qalibləri ilk raunddan azad olan 62 komandaya qoşulacaq. Birbaşa II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 15 klub da müəyyənləşib.
Azərbaycan klubları Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaqlar. “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah”dan ikisi bu turnirdə ölkəmizi təmsil edəcək.
Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Şemrok Rovers” (İrlandiya)
HİK (Finlandiya)
“Klaksvik” (Farer adaları)
“Vikinqur” (İslandiya)
“Larne” (Şimali İrlandiya)
“Payde” (Estoniya)
“Partizani” (Albaniya)
“Sent Patriks” (İrlandiya)
“Jalgiris” (Kaunas, Litva)
“Ordabası” (Qazaxıstan)
“Floriana” (Malta)
Səpələnməmişlər
“Kliftonvill” (Şimali İrlandiya)
“Birkirkara” (Malta)
“Sileks” (Şimali Makedoniya)
“Dauqavpils” (Latviya)
SJK (Finlandiya)
“Runavik” (Farer adaları)
“Heqelman” (Litva)
“Nomme Kalyu” (Estoniya)
“Dinamo” (Tirana, Albaniya)
OFK (Monteneqro)
“Penibont” (Uels)
“Spaeri” (Gürcüstan)
“Rabotniçki” (Şimali Makedoniya)
Qeyri-müəyyənlər
“Torpedo” (Belarus)
“Sent Jozefs” (Cəbəllütariq)
“Dila” (Gürcüstan)
“FK Santa Koloma” (Andorra)
“Dinamo” (Brest, Belarus)
“Atletik” (Andorra)
“Auda” (Latviya)
“Neman” (Belarus)
“Maqpies” (Cəbəllütariq)
“Torpedo” (Kutaisi, Gürcüstan)
“Valyur” (İslandiya)
II təsnifat mərhələsi
Qeyri-müəyyənlər
“Vikinq” (Norveç)
“Rusenborq” (Norveç)
“Makkabi” (Hayfa, İsrail)
“Omoniya” (Kipr)
AİK (İsveç)
“Jilina” (Slovakiya)
“Ballkani” (Kosovo)
“Astana” (Qazaxıstan)
“İlves” (Finlandiya)
“Droheda” (İrlandiya)
“Riqa” (Latviya)
“HB Torshavn” (Farer adaları)
“Akyureyri” (İslandiya)
“Danqannon” (Şimali İrlandiya)
“Banqa” (Litva)
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq.