"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 35-ci turunda "Real"a qalib gəldikləri oyun (4:3) haqqında danışıb.
Newsport.az xəbər verir ki, mütəxəssis oyunun çox gərgin keçdiyini deyib:
"Bu qələbə azarkeşlərin və futbolçularındır. Fantastik oyun keçdi. "Real" əla komandadır. Biz 0:2-dən sonra geri dönüş etməyi bacardıq. Və bu, "İnter"lə matçdan - 120 dəqiqəlik mübarizədən sonra oldu. Asan deyildi, amma əla iş gördük. Düşünürəm ki, ürəyimi yoxlatdırmalıyam! Komandamızn müdafiə xəttini ciddi şəkildə təkmilləşdirməliyik. Səhv etsək, hər şey çox çətinləşir".
Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində 82 xalla liderdir. "Real" isə 75 xalla 2-ci pillədə qərarlaşır.