“Barselona”nın sabiq futbolçusu və baş məşqçisi Xavi Ernandes Karlo Ançelottinin müdafiəsinə qalxıb. O, italiyalı həmkarının bu qədər tənqidə layiq olmadığını düşünür.
Newsport.az xəbər verir ki, ispan mütəxəssis vaxtilə rəqib olduqları Ançelottinin böyük hörmətə layiq olduğunu deyir: “Karlo son 10 ildə 30 titul qazanıb. Hamı onun nəticələrinə həsəd aparır. Amma bir çoxları hədsiz unutqandır, dünəni yaddan çıxarıb yalnız bugünkü nəticələrə baxırlar. Mövsüm uğursuz bitə, komanda titulsuz qala bilər. Tənqidlər də olmalıdır, lakin bu qədəri çoxdur. İspanyada insana göstərilən münasibət birbaşa nəticələrə bağlıdır”.
Ançelottinin mövsüm bitən kimi “Real”dan ayrılacağı gözlənilir. Onun Brazilya millisinə və ya Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına yollanmaq ehtimalı var. Madridə gəlmək üçün “Bayer”dən ayrılacaq Xabi Alonsonu isə Leverkuzendə məhz Xavi əvəz edə bilər.