İspaniya La Liqasında 35-ci tur davam edir.
Newsport.az xəbər verir ki, bu gün turun mərkəzi matçı oynanılıb.
Maraqla gözlənilən görüşdə "Barselona" "Real"ı qəbul edib. "El-Klassiko" Bakı vaxtı ilə saat 18:15-də başlayıb. Görüş katalonların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da lider "Barselona" turnir cədvəlində xal sayını 82-ə çatdırıb və çempionluq yolunda vacib addım atıb. "Real" isə 75 xalla 2-cidir.
11 may
"Barselona" – "Real" - 4:3
Qollar: Qarsiya, 19; Yamal, 32; Rafinya, 34, 45 – Mbappe, 5, 14, 70