"Əl-Hilal" "Mançester Yunayted"in futbolçusuna 3 illik müqavilə təklif etdi

"Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş “Əl-Hilal”a keçidə yaxındır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı futbolçuya 3 illik rəsmi müqavilə təklif edib.

Hazırda hər iki klubun rəsmiləri arasında danışıqlar davam edir. Portuqaliyalı ərəb klubunun layihəsi ilə tanış olub. 30 yaşlı futbolçu “Əl-Hilal”ın təklifinə razılıq verərsə, onun Səudiyyə Ərəbistanında illik maaşı 30-35 milyon avro civarında olacaq.

Hələ ki tərəflər arasında yekun razılıq yoxdur. Bu mövsüm Bruno bütün turnirlərdə 53 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right