Polşa mətbuatı "Qarabağ"ın "Bayer"ə qarşı matçlarını xatırladı: "Buna bənzər hekayələr çox idi"

Polşa mətbuatı “Bayer”i tərk edən Xabi Alonsonun rəhbərliyi altında komandanın çıxışından yazarkən, Leverkuzen təmsilçisinin 2023/2024 mövsümündə Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı (2:2, 3:2) keçirdiyi oyunları da xatırlayıblar.

Newsport.az xəbər verir ki, “weszlo.com” portalı “Qarabağ”la görüşlər barədə bunu yazıb:

"Bayer”in mövsümboyu əvvəlki kimi möhtəşəm görünə bilməyəcəyi açıq-aydın idi. Mütləq ki, maneələr də olacaqdı. Komandanı sındıra biləcək bir neçə məqam var idi. Məsələn, Bonifeys zədələndikdən sonra onu layiqincə əvəzləyən Patrik Şik oldu.

Həmçinin Ağdam təmsilçisi "Qarabağ"la iki matçlıq qarşıdurma var idi. Lakin iki matçda da “Qarabağ” “Bayer”i 2:0 məğlub edirdi. Cavab görüşündə isə “Bayer”ə 90+3-cü dəqiqədə irəliləmək üçün onlara iki qol lazım olduqda belə, onu reallaşdırdılar. Buna bənzər hekayələr çox idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right