Qarnaço mayın sonunadək gözləyəcək

“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaçonun klubdakı gələcəyi sual altındadır.

Newsport.az “Give Me Sport”-a istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı futbolçunun satışını sərfəli təklif daxil olduğu halda mümkün hesab edir. Onunla bağlı yekun qərar may ayının sonunadək veriləcək.

Qarnaçoya əsas iddiaçılardan biri kimi “Napoli” göstərilir. “Qırmızı şeytanlar”ın yaxın günlərdə italiyalılarla mümkün transferi müzakirə etmək niyyətində olduğu bildirilir.

20 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right