Məşhur şirkət isveçli hücumçunun “Atletiko”ya keçməsinə yardım edə bilər

Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşin karyerasını İspaniya La Liqasında davam etdirmə ehtimalı var.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, isveçli forvardın transferi ilə “Atletiko” maraqlanır.

26 yaşlı futbolçunun İspaniyaya keçidinə idman geyimləri istehsalçısı “Nike” da dəstək ola bilər. ABŞ şirkəti onun başqa bir brendin formasında oynamasını istəmir.

Skandinaviyalı oyunçunun mümkün transfer məbləği 70-100 milyon avro aralığında dəyərləndirilir. O, bu mövsüm Portuqaliya çempionatında 31 oyunda iştirak edib, 38 qol vurub və 6 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right