İspaniya La Liqasında mübarizə aparan "Valensiya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "yarasalar” ötən illərin məhşur futbolçu Hari Nevilə tapşırılıb.
İngiltərə milli komandasının sabiq üzvü ilə 2015/16 mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Nevil karyerası ərzində yalnız "Mançester Yunayted”də oynayıb. O, "qırmızı şeytanlar”ın heyətində 400 rəsmi oyunda forma geyinib. 40 yaşlı mütxəssis karyerasını bitirdikkən sonra İngiltərə millisində köməkçi vəzifəsində çalışıb.