“Yuventus” “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün ayırmağa hazır olduğu məbləği açıqlayıb.
Newsport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi “Napoli”nin futbolçusu üçün 85 milyon avro təklif etməyə hazırdır.
Osimhenin müqaviləsində 75 milyon avro məbləğində təzminat ödənişi nəzərdə tutulub. Ancaq bu məbləğ yalnız İtaliya klubları istisna olmaqla digər komandalar üçün keçərlidir. “Yuventus” yaxın günlərdə “Napoli”yə rəsmi təklif göndərməyi planlaşdırır.
26 yaşlı forvardla Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da maraqlanır. Klub ona mövsümə 30-35 milyon avro maaş təklif edib.
Hazırda Türkiyə çempionatında çıxış edən oyunçu bu mövsüm 37 matçda iştirak edib, 33 qol vurub və 8 məhsuldar ötürmə verib.