"Milan"ın futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Çelsi" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Caught Offside" məlumat yayıb.
London klubu artıq "Mila"la danışıqlara başlayıb. İtalyanlar 25 yaşlı oyunçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin avqust ayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.