FIFA irqçiliklə mübarizə qaydalarını sərtləşdirib

FIFA irqçiliklə mübarizəyə dair yeni, daha sərt qaydalar tətbiq edib.

Newsport.az xəbər verir ki, yeni qaydalara əsasən, maksimal cərimə məbləği 5 milyon avronu keçə bilər. İrqçi təhqirlərə görə azarkeşlər stadiondan uzaqlaşdırıla biləcək.

Bundan əlavə, bütün turnirlərdə irqçilik və diskriminasiya hallarında tətbiq olunacaq xüsusi anti-diskriminasiya prosedurları məcburi olacaq.

Bu dəyişikliklər FIFA-nın irqçiliklə mübarizəyə daha qətiyyətli yanaşmasını və futbolda bərabərliyi təmin etmək məqsədini əks etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right