Dadaşovun qolu komandasına qələbə qazandırıb

Almaniyada Şimal-Şərq Regional Liqasının 33-cü turu start götürüb.

Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su səfərdə "Herta"nın ikinci komandası ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov bu görüşdə həlledici qolun müəllifi olub. O, komandasının ikinci qolunu 56-cı dəqiqədə penalti zərbəsi ilə vurub.

Qeyd edək ki, hazırda "Dinamo" 48 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right