Selçuk İnan istefa verdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Qaziantep"i çalışdıran Selçuk İnan postunu tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib.

Qeyd edək ki, Selçuk İnan ötən ilin mart ayında "Qaziantep"in baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 35 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right