Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasına yarımfinal mərhələsinin cavab görüşlərinin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Newsport.az xəbər verir ki, "İnter"in qapıçısı Yan Zommer və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi həftənin ən yaxşısı seçilmək üçün mübarizə aparacaq. Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək sorğunun əsasında aydınlıq gələcək.

Yan Zommer "İnter"in "Barselona"nı 4:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada kritik qurtarışlarla qələbədə pay sahibi olub. Hakimi isə "Arsenal"la matçda komandasının 2-ci qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right