"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının yarımfinalında "İnter"ə uduzaraq (ilk oyun - 3:3, cavab matçı - 3:4) mübarizəni dayandırmaqları haqda danışıb.
Newsport.az xəbər verir ki, o, turnirlə vidalaşmaqlarına görə hakimləri günahlandırıb:
"Finala çıxmaq üçün mübarizə apardıq, amma mümkün olmadı. Bunun əsas səbəbi bizə qarşı oynayan hakim qərarları idi.
Belə hallar bizi daha da gücləndirməlidir. Bu, çempionluq qazanmaq üçün psixologiyamızı gücləndirməlidir".