Bu gecə UEFA Konfrans Liqasında finalçılar müəyyənləşib.
Newsport.az xəbər verir ki, yarımfinalın cavab oyunlarının ikisi də eyni gündə keçirilib.
"Çelsi" ilk görüşdə 4:1 hesabı ilə məğlub etdiyi "Yurqorden"lə bu dəfə Londonda üstələyib - 1:0. "Fiorentina" isə ötən həftə 1:2 hesabı ilə uduzduğu "Betis"i qəbul edib. Matçın əsas vaxtı İtaliya klubunun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də əlavə vaxt oynanılıb. "Betis" 98-ci dəqiqədə vurduğu qolla iki oyunun nəticəsinə görə üstün olub və finala yüksəlib.
Beləliklə, mayın 28-də Polşanın Vrotslav şəhərindəki "Wroclaw Stadium"da keçiriləcək həlledici qarşılaşmada "Çelsi" ilə "Betis" üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
8 may
23:00. "Çelsi" (İngiltərə) - "Yurqorden" (İsveç) - 1:0
Qol: Deusberi-Hall, 38
Hakimlər: Joao Pinyero, Bruno Jesus, Lusiano Maia, Luis Qodinyo (Portuqaliya)
VAR: Tiaqo Martins (Portuqaliya)
AVAR: Andre Narkiso (Portuqaliya)
"Stemford Bdirc", London.
İlk oyun - 4:1
23:00. "Fiorentina" (İtaliya) - "Betis" (İspaniya) - 2:2
Qollar: Qosens, 34; 42 - Antoni, 30. Ezzalzuli, 98
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beyqi, Andreas Syöderkvist, Mohammed Əl-Hakim (İsveç)
VAR: Pol van Bokel (Niderland)
AVAR: Kley Ruperti (Niderland)
"Stadio Artemio Franki", Florensiya.
İlk oyun - 1:2