Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.
Newsport.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti komanda Fransada müəyyənləşib.
PSJ doğma meydanda "Arsenal"ı qəbul edib. Matç Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən PSJ adını finala yazdırıb.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq. Həlledici oyunda PSj ilə "İnter" qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
(İlk oyun – 1:0)