“Atletiko” kolumbiyalı istedadı transfer edir

“Atletiko” heyətini kolumbiyalı hücumçu ilə gücləndirə bilər. Madridlilər Neyser Villarealın transferi üzərində çalışır.

Newsport.az xəbər verir ki, Cənubi Amerikada ən istedadlı və gələcək vəd edən oyunçulardan sayılan 20 yaşlı hücumçu daha əvvəl də İspaniya nəhənginin hədəfinə düşmüşdü. Amma o zaman tərəflər qarşılıqlı razılıq əldə etsə də, menecerlərin müdaxiləsi ilə son anda danışıqlar dayanmışdı.

“Millionarios” yetirməsinə ciddi maliyyə mənbəyi kimi baxır və onu daha baha qiymətə satmaq niyyətindədir. Lakin hücumçu klubla ilin sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaqdan imtina edib. Bu isə onun azad agentə çevrilməsi deməkdir. “Millionarios” rəhbərliyi belədə məcburən onu yayda satmalı olacaq. “Atletiko” fürsəti qaçırmaq istəmir. Madridlilər klubla növbəti dəfə danışıqlara başlayıb və bonuslarla birlikdə 5 milyon avro ödəyərək Villarealı düşərgəsinə gətirməyə çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right