Pedri: "UEFA onun barəsində ölçü götürməlidir"

"Barselona"nın futbolçusu Pedri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarında keçirilən "İnter" – "Barselona" matçının (4:3) baş hakimi Şimon Marçinyakdan danışıb. 

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi deyib: 

"Komanda ilə fəxr edirəm. Biraz məyusam, çünki hesabda geri olanda bərabərlik qolunu vurmağa nail olduq. Birinci hal deyil ki, bu hakimlə və "Barselona"ya qarşı mübahisəli qərarlar olur. UEFA onun barəsində ölçü götürməlidir. Bütün 50-nin 50-ə olan epizodlar "İnter"in xeyirinə idi. Laminin əvvəlcə penalti, sonra cərimə zərbəsi verilən epizodunda hakim Mxitaryana ikinci sarı vərəqə göstərmədi". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right