"Liverpul"dan Məhəmməd Salahı heyətinə qata bilməyən "Əl-Hilal" başqa bir ulduz futbolçunu transfer etmək istəyir.
Newsport.az xəbər verir ki,Səudiyyə Ərəbistanı klubu "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi transfer etməyə çalışır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Ə-Hilal" portuqaliyalı yarımmüdafiəçisi üçün "Mançester Yunayted"ə yüksək məbləğdə təzminat ödəməyə hazırdır. Ərəblər 30 yaşlı futbolçunun özünə isə illik 75 milyon avro maaş təklif edəcək.
Qeyd edək ki,"Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında Lissabon "Spotinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 19 qol və 18 məhsuldar ötürnə ilə yadda qalıb.