Yamal: “Geri dönəcəyik”

“Barselona” oyunçuları Çempionlar Liqasının yarımfinalında məğlubiyyətə məyus olub. “İnter”in mübrizədən kənarlaşdırdığı ispan klubunun əsas fiqurlarından olan Rafinya inamını itirməməyə çalışır.

Newsport.az xəbər verir ki, brazilyalı hücumçu ruhdan düşməyəcəklərini deyir: “Mövsüm hələ bitməyim. Vacib oyunlarımız var, La Liqanı qazanmaq imkanımız realdır. Bu komandanın formasını geyməkdən hər gün daha çox qürur duyuram. ÇL-də mübarizəyə daha güclü şəkldə dönəcəyik”.

Lamin Yamal isə milanlılarla matçda yaxşı oynadıqlarını düşünür: “Əlimizdən gələnin ən yaxşısını etdik. Bu il alınmadı, amma geri dönəcəyik, bundan kimsənin şübhəsi olmasın. Ən yüksək zirvəyə yüksələnədək mübarizə aparacaq, ÇL-i qazanacağıq. Hələlik bazar günü daha bir final matçımız var. “Real”la görüşdə La Liqanın taleyini həll edə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right