“İlk növbədə həqiqətən yüksək səviyyəli kollektiv olduğunu göstərən “Barselona”nı təbrik etmək istəyirəm. Rəqib hər cəhətdən tam formalaşmış komandadır”. Bu sözləri “İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalının cavab matçından sonra mətbuat konfransında deyib.
İtaliya klubu səfərdə 3:3 hesablı heç-heçə etdiyi rəqibini Milanda keçirilən dramatik matçda məğlub etməyib bacarıb – 4:3. İnzaqi bu nəticəyə görə futbolçuları ilə fəxr etdiyini bildirib: “Futbolçularımız bu gün bütün Avropaya həm fiziki, həm də psixoloji cəhətdən nə qədər mübarizə apara biləcəklərini göstərdilər. Mən onlarla fəxr edirəm. Komandam hər gün mənə onların məşqçisi olmaq şərəfini verir. Əlbəttə, çətinliklərimiz oldu, amma ürəyimiz, birliyimiz bütün maneələri dəf etməyə kömək etdi. Biz öz potensialımızı reallaşdırmağa çalışdıq və bütün mövcud resurslardan istifadə etdik. Yüksək komanda fədakarlığı olmasaydı, belə nəticə qazanmaq bizim üçün çətin olardı. Bu uşaqlar öz zəhmətləri və fədakarlıqları ilə finala yüksəlməyə layiqdirlər. Belə peşəkarlara məşq keçməkdən qürur duyuram”.
Xatırladaq ki, “İnter” Çempionlar Liqasının finalında PSJ – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq.