"Barselona"nın hər bir oyunçusu özü ilə fəxr edə bilər" Flik

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinalının "İnter"lə cavab matçından sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, Kataloniya klubu öz meydanında 3:3 hesablı heç-heçə etdiyi rəqibinə Milanda uduzaraq (3:4) turnirlə vidalaşıb.

Almaniyalı mütəxəssis görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib ki, məğlubiyyətə baxmayaraq, komandası ilə fəxr edir: "Komandam hörmətə layiqdir. Onlar bu hörməti qazandılar. Biz qalib gəlmək üçün oynayırıq, kuboklar qazanmaq istəyirik. La Liqada çox çətin və vacib oyunumuz ("Real"la görüşü nəzərdə tutur - red.) var. Bu oyuna hazırlaşmaq üçün bir neçə günümüz olacaq".

Flik məğlubiyyətin səbəbini sakit başla təhlil edəcəklərini bildirib: "Evə qayıdanda hər bir "Barselona" oyunçusu güzgüyə baxıb özü ilə fəxr edə bilər. Bu matçı sakitcə təhlil edəcəyik və nə edəcəyimizi görəcəyik. Bu nəticə normaldır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right